
HAQQIMIZDA
2013-cü ildən fəaliyyət göstərən NS Jewellery, müasir zərgərlik sənətini premium estetika ilə birləşdirən nüfuzlu lüks brendidir. Brendimizin fəlsəfəsi zinət əşyasını sadəcə bəzək elementi kimi deyil — sahibinin xarakterini, emosiyasını və həyat tərzini əks etdirən incə sənət əsəri kimi təqdim etməkdir.
Server Novruzov
Qurucusu
NS Jewellery brendinin yaranışında uşaqlıqdan gələn zərif sənət sevgisi dayanır. Brendin qurucusu Server Novruzov, zərgərlik dünyasına hələ 2004-cü ildə, 14 yaşında qədəm qoyaraq, uzun illər qaş düzən kimi çalışmış və brilyant sənətinin sirlərini dərindən mənimsəmişdir.
Daşları "oxumağı", onların ruhunu və parlaqlığını duymağı məhz bu illər ona öyrətmişdir. Elə buna görə də bu gün NS Jewellery-də seçilmiş hər bir brilyantın arxasında onun şəxsi baxışı və ustalığı dayanır.
2013-cü ildə öz ad-soyadını daşıyan NS Jewellery brendini təsis edərək, o, zərgərlik mədəniyyətinə öz estetik vizyonunu gətirdi. Onun yanaşması zinət əşyasını sadəcə bəzək deyil, sahibinin daxili enerjisini, zövqünü və fərdiyyətini təcəssüm etdirən luks sənət nümunəsi kimi təqdim etməkdir.
Beynəlxalq Təcrübə
Server Novruzov beynəlxalq zərgərlik dünyasını yaxından izləmək üçün illər boyu Vicenza, Hong Kong, Dubai, İstanbul, Frankfurt kimi qlobal sərgilərdə iştirak edərək, ən incə trendləri özündə birləşdirən nadir modelləri seçərək brendin vitrininə daxil etmişdir.
İllər boyunca komandamız dünyanın aparıcı zərgərlik mərkəzlərini ziyarət edərək, yalnız ən seçilmiş modelləri müştərilərimiz üçün diqqətlə seçmişdir:
- Vicenzaoro — İtaliya
- Hong Kong International Jewellery Show
- Istanbul Jewellery Show — Türkiyə
- JOVEL Show — Frankfurt
- Dubai International Jewellery Expo
Daşın kəsimi, rəngi və parlaqlığına qarşı yüksək həssaslığı, dizaynı hiss etmə bacarığı və estetik duyumu NS Jewellery-nin bu gün regionun ən seçilən lüks ünvanlarından birinə çevrilməsində əsas rol oynamışdır.
🏆 2019-cu ildə Azerbaijan Best Awards tərəfindən "İlin ən dəbli zinət əşyaları butiki" adına layiq görülmüşdür.
Keyfiyyət Standartları
Kolleksiyalarımızda yalnız 18K (750) qızıl və premium kateqoriyalı brilyantlar istifadə olunur. Daşların seçimi gemoloji standartlara əsaslanır — parlaqlıq, kəsim, rəng və təmizlik dəyərlərinə görə dəqiqliklə qiymətləndirilir.
Minimal xəttlə lüksün harmoniyasını əks etdirən dizaynlarımız zamansız, elegant və modern estetikanı özündə birləşdirir.
Fərqləndirən Xüsusiyyətlərimiz
Dizayn və Şəxsi Yanaşma
Unikal və müasir dizaynlı zərgərlik məmulatları təqdim edirik. Müştərilərin sifarişi əsasında Custom design xidmətləri mümkündür.
Yüksək Keyfiyyət və Zəmanət
Təqdim olunan məhsullar brilyant, qızıl və digər qiymətli daşlarla zəngindir və hər biri sertifikatlı təqdim edilir.
Aktiv Sosial Media
Daima yenilənən videolar, real model üzərində təqdimat və detallı məhsul tanıtımları ilə vizual təqdimatda fərqləndiririk.
Luxury Lifestyle
NS brendi daha çox "luxury lifestyle" konsepti üzərinde qurulub. Genç və zövqlü auditoriyanı hədəf alır.
"Server Novruzov üçün hər bir zinət əşyası — lüks, sənət və emosiyanın harmoniyasıdır. Onun məqsədi, NS Jewellery-ni qlobal səviyyədə tanınan premium zərgərlik evinə çevirmək və müştərilərinə yalnız ən nadir parıltını təqdim etməkdir."
NSJewelleryCo
Zərifliyin, incəliyin və nadir gözəlliyin simvolu
Hər bir seçim, lüks zövqün və əbədi dəyərlərin təcəssümüdür.
